ABŞ
Tramp Baydenin oğlunu əfv etmək qərarını PİSLƏDİ
"Co Baydenin oğlu Hunteri əfv etmək qərarını açıq-aşkar sui-istifadənin və ədalətin pozulmasının bariz nümunəsidir".
Publika.az xəbər verir ki, bunu ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp "Truth Social" sosial şəbəkəsindəki səhifəsində yazıb.
Tramp, 6 yanvar 2021-ci il tarixdə illərlə həbsdə olan Kapitol hücumlarına istinad edərək, 6 yanvarda “girovlar” adlandırdığı şəxslərin adlarının əfv siyahısına daxil olub-olmadığınına dair Baydenə sual ünvanlayıb.
Tramp və tərəfdarları hesab edir ki, hücumda iştirak edənlərin çoxu ədalətsiz təqibin qurbanı olub və onları siyasi məhbus hesab edirlər.
Xatırladaq ki, dekabrın 2-nə keçən gecə məlum olub ki, Co Bayden əvvəllər qanunsuz silah saxlamaqda və vergi qanunlarını pozmaqda ittiham olunan oğlunun əfv edilməsi haqqında fərman imzalayıb. Amerika lideri açıqlamasında prezidentlik müddətinin əvvəlindən Ədliyyə Departamentinin işinə qarışmadığını, ancaq oğlunun mühakimə olunmasını seçmə və siyasi motivli hesab etdiyini vurğulayıb. Bayden, mühakiməni "ədalətin pozulması" kimi xarakterizə edərək, bunun ailə bağları və rəqiblərinin təzyiqindən təsirləndiyini iddia edib.
Hüseyn İbadlı
-
Sağlamlıq04:14Zefirin elə faydaları üzə çıxdı ki...
-
Maraq dünyası03:43Üzünüzə gülən hər kəs dost deyil - Gizli düşmənçiliyi büruzə verən 7 davranış
-
İdman00:25“Qarabağ” - “Neftçi” oyunu zamanı insidentə cəhd edən 19 azarkeş saxlanıldı
-
Qoroskop00:15Günün ULDUZ FALI: Sevdiyiniz insan evə sürprizlə gələ bilər
-
İdman17 Oktyabr 23:48Azərbaycan Dünya Çempionatına hazırlaşır - VİDEO
-
Art17 Oktyabr 23:36“Artıq müharibəyə aid dünyaya çıxaracağımız film var!” - VİDEO
-
Ekologiya17 Oktyabr 22:48Bu şəhərdə 103 illik temperatur rekordu qırıldı
-
Magazin117 Oktyabr 22:00Şəxsi brendi üçün açıq-saçıq pozalar verdi - FOTO



































