ABŞ
"O, dünyanın ən sərt adamları ilə danışıb" - Trampdan daha bir vəzifəyə təyinat
ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Adam Bouleri girovlarla iş üzrə xüsusi elçi vəzifəsinə təyin edib.
Publika.az xəbər verir ki, Tramp bu barədə "Truth Social" platformasında bildirib:
“O, dünyanın ən sərt adamları ilə danışıb, amma bilir ki, heç kim ABŞ-dan və Tramp administrasiyasından daha sərt ola bilməz. Adam vətəndaşlarımızı evə qaytarmaq üçün yorulmadan çalışacaq”.
Tramp əlavə edib ki, Bouler İsrail ilə BƏƏ və Bəhreyn arasında imzalanmış 2020-ci il İbrahim Sazişlərinin əsas müzakirəçilərindən biri olub. Həmin sazişlərdən sonra Sudan və Mərakeş də İsraillə diplomatik əlaqələr qurdu. Bu müqavilələrə qədər İsrailin yalnız Misir və İordaniya ilə rəsmi əlaqələri mövcud idi.
Qeyd edək ki, Bouler Trampın ilk prezidentliyi dövründə yaradılmış ABŞ Beynəlxalq İnkişaf Maliyyə Korporasiyasının baş direktoru olub. Təcrübəli diplomat Taliban da daxil olmaqla müxtəlif qruplarla çətin danışıqlar aparıb.
-
Maraq dünyası14:50Özünü Trampın qızı adlandıran türk ABŞ prezidentinə dolma hazırlayacaq
-
Nəqliyyat14:40Bakı–Naxçıvan reysləri ləğv edildi
-
MDB13:38Onun ölümü Putini sarsıtdı: "Rusiyaya sadiq insan idi!"
-
MDB13:26Benzindən sonra elektrik enerjisi böhranı yarandı - Krımda nə baş verir?
-
Ekologiya12:46Bakıda güclü yağışlar nə vaxt kəsiləcək?
-
Magazin212:06Ermənistanın məşhur xalq artisti xərçəngin qurbanı oldu
-
Hadisə11:47Azərbaycanın tanınmış pedaqoqu vəfat etdi - FOTO
-
Ekologiya10:50Şimşək çaxır, leysan yağır - FAKTİKİ HAVA


























.jpg)

.jpg)








