ABŞ
Pentaqon SƏFALƏT İÇİNDƏ - Hərbçilərə maaş vermək üçün pul yoxdur
Yeni il və Milad bayramına qədər yeni hərbi büdcə razılaşdırılmasa, amerikalı hərbçilərə maaşların verilməsində problemlər yarana bilər.
Publika.az xəbər verir ki, bu barədə Pentaqonun sözçüsü Patrik Rayder mətbuat konfransında bildirib.
“Nazirlik mümkün bağlanma üçün ehtiyatlı planlaşdırma və hazırlıq işləri aparır. Rəhbərliyimiz fövqəladə hallar planlarını yenilədi”, - Rayder bildirib.
O əlavə edib ki, bağlanma halında (maliyyə çatışmazlığı səbəbindən dövlət işlərinin dayandırılması) ABŞ Müdafiə Nazirliyi əsas funksiyaları yerinə yetirməyə davam edəcək - şəxsi heyət ödənişsiz hərbi xidmət keçməli olacaq.
Bundan əvvəl ABŞ Konqresindəki Respublikaçılar ölkə hökumətinin maliyyəsini kəsməmək üçün müvəqqəti büdcə layihəsi təqdim etmişdilər.
Nümayəndələr Palatasındakı Demokratik azlığın lideri Hakim Cefrisin deyib ki, qanunvericilər layihəni nəzərdən keçirəcəklər.
Hwseyn İbadlı
-
İdman21:26Gürcünü döyən Nurməhəmmədov və dostları həbs edildilər
-
Kriminal19:50Süni intellektlə hazırladığı görüntülərlə tələbələri şantaj etdi, saxlanıldı - Video
-
Elm və təhsil18:40Universitetlərə 5 illik xüsusi status veriləcək - Tələblər təsdiqləndi
-
ABŞ17:18Tramp Vensi İran danışıqlarından kənarlaşdırdı - Səlahiyyətləri dəyişdirildi
-
Sosial15:24Arif Mirzəyevin nəşi Azərbaycana gətirilir
-
MDB14:36Moskvada jurnalistin avtomobili partladıldı - Yanukoviçin adamıdır
-
Sosial14:21Bakıda baş redaktor həbs edildi - FOTO
-
Region12:54İranın üçdə biri qazsız qalıb: Nazir müavini ağır günlərin olacağını bildirdi






































