ABŞ
Tramp ciddidir, bu ölkəni ABŞ-a birləşdirir: Baş nazirə qubernator dedi, vəd verdi ki...
ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Milad təbrikində Kanadanın baş naziri Castin Trüdoya qubernator deyə səslənib və bildirib ki, Kanada əraziləri ABŞ-ın 51-ci ştatı olarsa, kanadalılar üçün vergilər 60 %-dən çox azalacaq.
Publika.az xəbər verir ki, Tramp bu barədə "Truth" sosial şəbəkəsindəki səhifəsində paylaşım edib.
“Kanada qubernatoru Castin Trüdoya. Milad bayramınız mübarək. Vətəndaşlarının vergiləri çox yüksəkdir, lakin Kanada 51-ci ştat olsa, onların vergiləri 60%-dən çox azalacaq, biznesləri ikiqat böyüyəcək və onlar dünyanın heç bir ölkəsinin qorunmadığı kimi qorunacaqlar”, - deyə Tramp yazıb.
Bundan əlavə, Tramp Panama kanalını "qeyri-qanuni şəkildə idarə edən" Çin əsgərlərinin Milad bayramını təbrik edib. Tramp həmçinin Qrenlandiyanın Milad bayramını da təbrik edib və milli təhlükəsizlik məqsədləri üçün ABŞ-a ehtiyaclarının olduğunu deyib: "Biz orada olacağıq!"
Adəm Abbaslı
-
İdman19:00Millimiz Litvaya qalib gəldi - YENİLƏNDİ
-
MDB17:00Kəşfiyyatdan şok məlumat: Rusiyanın minə yaxın ballistik raketi var
-
Maraq dünyası16:43Heyvanlarda da qisas hissi olurmuş - Şok video
-
Sağlamlıq16:0610 dəqiqəlik asta qaçış möcüzə yaradırmış - Araşdırma
-
İdman15:58Ronaldonun qarşısında papağımı çıxarıram! - Zidan
-
İdman15:00Lyubinskas: Azərbaycan və Litva futbolunda tənəzzül yaşanır
-
Ekologiya12:43Şimşək çaxacaq, yağış yağacaq - Hava proqnozu
-
Ekologiya12:26Qar Quba və Qusarda möhtəşəm mənzərələr yaratdı - Fotolar




































.jpg)