ABŞ
Nyu-York polisi "Tramp Tower"i mühasirəyə aldı
Nyu-York polisi Donald Trampa məxsus "Trump International Hotel & Tower" göydələninə yaxınlaşmaqda maneələr yaradıb.
Publika.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Qeyd edilib ki, binanın ətrafında beton bloklar və metal baryerlər quraşdırılıb, qonşu küçə bağlanıb. Polis binaya piyadaların girməsinə, onun yaxınlığında nəqliyyat vasitələrinin dayanmasına icazə vermir.
Hadisə yerində bir neçə polis patrul xidməti fəaliyyət göstərir, xəbərin dərc olunduğu vaxtda vəziyyət sakitdir.
Xatırladaq ki, yanvarın 1-də Las-Veqasda "Trump International Hotel & Tower"in yaxınlığında "Tesla Cybertruck" avtomobili partladılıb. Hadisə nəticəsində bir nəfər ağır yaralanıb, həkimlər onu xilas edə bilməyiblər.
"Tesla"nın qurucusu və baş direktoru İlon Mask bildirib ki, elektrikli avtomobilin partlaması terror aktı nəticəsində baş verə bilər.
Hüseyn İbadlı
-
Region15:10Paşinyandan Türkiyə sərhədi ilə bağlı AÇIQLAMA: Bakı ilə danışıqlar davam edir
-
Sosial14:05Sədr etiraz etdi: 23 yaşlı tələbənin imtiyazları niyə əlindən alınmalıdır?
-
Sosial13:26Vüsal Aslanova yeni müavin təyin olundu
-
Rəsmi xronika12:20Bu yaşayış məntəqələrinin adları dəyişdirildi
-
Nida Xəbər 12:18Paşinyan sülh müqaviləsi ilə bağlı dediklərini dandı: Təxirə salmaq olmaz
-
Nida Xəbər 12:02Milli Məclis bəyanat yaydı: Fransadakı kütləvi etirazlar zamanı...
-
Dünya11:54“Dünyanın sonu”na sayılı günlər qalıb? - 13 noyabr iddiasının elmi izahı
-
Dünya10:54Netanyahu orduya və "Mossad"a əmr verdi: İranda rejim devrilməlidir

























.jpg)













