ABŞ
ABŞ Konqresinin yeni tərkibi işə başlayır
2024-cü ilin noyabrında keçirilən seçkilərdən sonra formalaşan yeni ABŞ Konqresi yanvarın 3-də işə başlayacaq.
Publika.az "CBS News"a istinadla xəbər verir ki, konqresmenlər ilk iclas üçün Bakı vaxtı ilə saat 21:00-da görüşəcəklər.
2019-cu ildən bəri ilk dəfə Respublikaçılar Partiyası həm Senatda, həm də Nümayəndələr Palatasında çoxluğa sahibdir. Son Konqresdə, 118-ci çağırışda Respublikaçılar Nümayəndələr Palatasına, Demokratlar isə Senata nəzarət edirdi.
Hər iki palataya nəzarət respublikaçılara prezident seçkilərində Demokratik rəqibi Kamala Harrisi məğlub edən Donald Trampın kampaniya proqramını həyata keçirməyə kömək edə bilər. Trampın andiçmə mərasimi yanvarın 20-nə planlaşdırılıb və Vaşinqtonda keçirilməlidir.
Konqresin ilk günündə ən mühüm vəzifələrindən biri Nümayəndələr Palatasının sədrini seçməkdir. Bu vəzifəni hazırda Mayk Conson tutur. Yeni seçilmiş spiker Palatanın digər üzvləri qarşısında and içəcək.
Hüseyn İbadlı
-
Qoroskop01:20Günün ulduz falı: çətinliklərlə təkbaşına mübarizə aparmalı olacaqsınız
-
Avropa00:45Vuçiçin anasına hücum edən şəxs saxlanıldı
-
Nida Təhlil 00:27Ərdoğan Bakıya qarşı çıxan Oktay Saralı niyə istefaya göndərdi? - DETALLAR
-
Hadisə25 Oktyabr 21:30Deputatın oğlu həbs edildi - VİDEO/YENİLƏNDİ
-
ABŞ25 Oktyabr 21:00Bu gecə İrana zərbə endiriləcək? - Trampdan açıqlama
-
Nida Xəbər 25 Oktyabr 20:32Azərbaycanı hədələyən Oqtay Saral istefa verdi: Özündən ilk açıqlama - Yeniləndi
-
Hadisə25 Oktyabr 19:13Bakıda deputat oğlunun iştirak etdiyi dava ilə bağlı qərar: 5 nəfər həbs olundu - FOTO/YENİLƏNDİ
-
Digər25 Oktyabr 16:44Çində 6 bala yaxın zəlzələ oldu














.jpg)















