ABŞ
Bu strateji ərazi Trampın hədəfində: Avropa ölkəsini hədələdilər, əgər satmasa...
ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Qrenlandiyanı “ələ keçirsə ”, NATO mövcudluğunu dayandıracaq. Çünki müttəfiqlər arasında ərazi bütövlüyünün pozulması qəbuledilməzdir.
Publika.az xəbər verir ki, bu barədə “The Hill” qəzeti yazır.
“NATO üzvü Danimarkanın etirazlarına görə Trampın Qrenlandiyanı ələ keçirməsi NATO-nun sonu olacaq, çünki onun aparıcı qüvvəsi digər üzvün ərazi bütövlüyünü pozduqda heç bir alyans mövcud ola bilməz”, - nəşr qeyd edib.
Yanvarın 4-də "The Wall Street Journal" yazıb ki, Danimarka Qrenlandiyanı ABŞ-a satmasa, “peşman ola bilər”.
Dekabrın 23-də ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp bildirib ki, Qrenlandiya Amerika Birləşmiş Ştatlarının mülkiyyətinə keçməlidir. Gələcək Amerika prezidenti qeyd edib ki, Qrenlandiyaya sahiblik və nəzarət “mütləq zərurətdir”. Onun sözlərinə görə, bu, “bütün dünyada milli təhlükəsizlik və azadlıq məqsədləri üçün” lazımdır. Sonradan məlum oldu ki, Danimarka krallığı Qrenlandiyanın müdafiəsi üçün əlavə vəsait ayırmaq qərarına gəlib.
Akqabay
-
Sağlamlıq04:14Zefirin elə faydaları üzə çıxdı ki...
-
Maraq dünyası03:43Üzünüzə gülən hər kəs dost deyil - Gizli düşmənçiliyi büruzə verən 7 davranış
-
İdman00:25“Qarabağ” - “Neftçi” oyunu zamanı insidentə cəhd edən 19 azarkeş saxlanıldı
-
Qoroskop00:15Günün ULDUZ FALI: Sevdiyiniz insan evə sürprizlə gələ bilər
-
İdman17 Oktyabr 23:48Azərbaycan Dünya Çempionatına hazırlaşır - VİDEO
-
Art17 Oktyabr 23:36“Artıq müharibəyə aid dünyaya çıxaracağımız film var!” - VİDEO
-
Ekologiya17 Oktyabr 22:48Bu şəhərdə 103 illik temperatur rekordu qırıldı
-
Magazin117 Oktyabr 22:00Şəxsi brendi üçün açıq-saçıq pozalar verdi - FOTO



































