ABŞ
ABŞ-da terror təhlükəsinə görə HƏYƏCAN TƏBİLİ ÇALINDI - "Çox mürəkkəb mənzərə var"
ABŞ daxilində terror təhlükəsi artıb.
Publika.az xəbər veirr ki, bu barədə ABŞ-ın daxili təhlükəsizlik naziri Alejandro Mayorkas ABC News telekanalına müsahibəsində bildirib.
Onun sözlərinə görə, ABŞ daim xarici terror təhlükəsi ilə üz-üzədir.
“Bizim düşmənimiz olan dövlətlər var”, o qeyd edib.
Mayorkas etiraf edib ki, son on ildə yerli zorakı ekstremizmdə də əhəmiyyətli artım olub.
Onun sözlərinə görə, Birləşmiş Ştatların çox mürəkkəb təhlükə mənzərəsi var, ona görə də hakimiyyət orqanları və əhali ayıq olmalı və ehtiyat tədbirləri görməlidir.
Xatırladaq ki, Yeni il gecəsi Yeni Orleanda yük maşını məşhur Burbon küçəsində istirahət edən kütlənin üzərinə sürülüb, nəticədə 15 nəfər ölüb, daha 35 nəfər yaralanıb. Bundan əlavə, şübhəli iki polis əməkdaşını güllələyib, lakin sonra cavab atəşi ilə öldürülüb.
FTB hadisəni terror aktı olduğunu elan edib.
Hüseyn İbadlı
-
ABŞ08:36“SpaceX” və “Tesla” şirkətləri bu tarixdə birləşə bilər
-
Magazin106:16Onlar olmadan “Eşref Tek” maraqsız olardı
-
Avropa04:44Trampın xüsusi elçiləri Dublində - Zelenski Rusiyanın təkliflərini rədd etdi
-
Magazin204:14CeyLo dərin yarıqlı cins libasda göz qamaşdırdı - FOTO
-
MDB03:43Rusiya NATO-nun vədinin sənədləşdirilməsini tələb etdi
-
Nida Xəbər 02:30Leyla Əliyeva UN-Habitat-ın regional ofisinin direktoru ilə müzakirə apardı - FOTO
-
Qoroskop00:15Günün ULDUZ FALI - Ona vaxt ayırmaqdan çəkinməyin
-
Magazin112 Noyabr 23:36Tanınmış xanəndə: "Geyimlərimi moda evinə kirayə verib faiz götürürəm"



































