ABŞ
"Oskar" tarixində ilk: mükafat ləğv edilir, toplanan vəsait isə...
Los-Ancelesdəki meşə yanğınları səbəbindən "Oskar" mükafatı tarixdə ilk dəfə ləğv edilə bilər.
Publika.az xəbər verir ki, bu barədə "The Sun" nəşri yazıb.
Bildirilib ki, təşkilat komitələri yekun qərar qəbul etmək üçün hər gün vəziyyəti qiymətləndirir.
“Oskar mərasimi 96 illik tarixində ilk dəfə Los-Ancelesdə baş verən dəhşətli meşə yanğınları səbəbindən ləğv edilmək ərəfəsindədir. Rəsmi Oskar komitələri gündəlik olaraq vəziyyəti izləyir...”, - nəşr yazır.
Nəşrin mənbələrinə görə, yanğınla bağlı vəziyyət stabilləşsə belə, şəhərin bərpası üçün vaxt lazımdır. Bununla əlaqədar olaraq, kino mükafatının rəhbərliyi səyləri qurbanların dəstəklənməsinə yönəltmək və şəhər sakinlərinə kömək üçün vəsait toplamaq imkanlarını nəzərdən keçirir.
Xatırladaq ki, meşə yanğınları səbəbindən “Oskar” mükafatına namizədlərin elanı yanvarın 17-dən 19-na təxirə salınmışdı.
Bir müddət əvvəl ABŞ-ın hazırkı prezidenti Co Bayden Los-Ancelesin bərpası xərclərini açıqlamışdı. Onun sözlərinə görə, bunun üçün on milyonlarla dollar tələb olunacaq.
-
İdman00:25“Qarabağ” - “Neftçi” oyunu zamanı insidentə cəhd edən 19 azarkeş saxlanıldı
-
Qoroskop00:15Günün ULDUZ FALI: Sevdiyiniz insan evə sürprizlə gələ bilər
-
İdman17 Oktyabr 23:48Azərbaycan Dünya Çempionatına hazırlaşır - VİDEO
-
Art17 Oktyabr 23:36“Artıq müharibəyə aid dünyaya çıxaracağımız film var!” - VİDEO
-
Ekologiya17 Oktyabr 22:48Bu şəhərdə 103 illik temperatur rekordu qırıldı
-
Magazin117 Oktyabr 22:00Şəxsi brendi üçün açıq-saçıq pozalar verdi - FOTO
-
Magazin217 Oktyabr 19:00“Görürsən, başıma nə oyun açdın?” - Əfsanəvi "Star Trek"in ulduzu vəfat etdi
-
ABŞ17 Oktyabr 17:26Ev deyil, cəhənnəm: 9 uşağı ac-susuz qəfəsə salan ər-arvad həbs olundu - Foto




































