ABŞ
Bayden MÜJDƏ VERDİ: "Daha 4 qadın..."
"Fələstinin HƏMAS qruplaşması gələn həftə daha 4 israilli girovu azad edəcək".
Publika.az xəbər verir ki, bunu ABŞ Prezidenti Co Bayden "X" sosial şəbəkəsində yazıb.
“Atəşkəs qüvvəyə mindikdən sonra girovlar azad olunmağa başladı. Üç israilli qadın 470 gün girovluqda qaldıqdan sonra sərbəst buraxılıb”, - deyə o yazıb.
Onun sözlərinə görə, bir həftə ərzində daha dörd qadın azadlığa buraxılacaq.
Yanvarın 19-da HƏMAS üç girovu Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) nümayəndələrinə təhvil verib. Qəzza zolağında azad edilən 3 girov İsrail hərbçilərinə təhvil verilib və onlar tibbi müayinəyə göndərilib.
İsrail ordusunun sözçüsü Daniel Haqari də İsrail ordusunun Qəzza zolağında atəşkəs razılaşmasına sadiq qaldığını və HƏMAS-ın mümkün təxribatlarına dözməyəcəyini bildirib .
Hüseyn İbadlı
-
Maraq dünyası15:57Çində dinozavr dişləri olan quş qalığı tapıldı - Foto
-
Ekologiya15:19Şahbuz və Ordubada qar yağdı - FOTO
-
Magazin214:36"Ceyms Bond"un ulduzu kor oldu
-
MDB14:18Bir həftədə Ukraynaya 1600 idarə olunan bomba atıldı
-
Ekologiya12:35Sabahın hava proqnozu açıqlandı
-
Magazin212:10Güven Kıraç 4 ildir münasibətdə olduğu Mervenur ilə ailə qurdu
-
Hadisə11:35Naxçıvanda ağır qəza olub: 6 nəfər xəsarət aldı - FOTO
-
Sağlamlıq08:36Səhərlər acqarına limonlu su içənlərə xəbərdarlıq edildi





































