Bu KİV-lərlə bütün əlaqələri kəsin! - Tramp tapşırıq verdi
Bizi izləyin

ABŞ

Bu KİV-lərlə bütün əlaqələri kəsin! - Tramp tapşırıq verdi

Ağ Ev Ümumi Xidmətlər İdarəsinə Kütləvi İnformasiya Vasitələri ilə bütün əlaqələri kəsməyi tapşırıb.

Publika.az xəbər verir ki, bu barədə xarici KİV-lər Ağ Evin məktubuna istinadən məlumat yayıb.

“Ümumi Xidmətlər İdarəsinin komandası, zəhmət olmasa bunları edin: birincisi “Politico”, BBC, “E&E”, “Bloomberg” ilə bütün müqavilələrinizə xitam verin, ikincisi müstəsna olaraq Ümumi Xidmətlər İdarəsinə aid olan KİV-lə bağlanmış müqavilələri ləğv edin”, - məktubun mətnində deyilir.

Bundan öncə keçmiş hökumətin “Politico Pro” abunəliyinə milyonlarla dollar vəsait xərclədiyi açıqlanmışdı.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm