"Co, sən azadsan" - Tramp Baydenə görün nəyi qadağan etdi
Bizi izləyin

ABŞ

"Co, sən azadsan" - Tramp Baydenə görün nəyi qadağan etdi

ABŞ prezidenti Donald Tramp sələfi Cozef Baydenin məxfi məlumatlara çıxışını məhdudlaşdırıb.

Publika.az xəbər verir ki, bu barədə dövlət başçısı “Truth Social” sosial şəbəkəsində yazıb.

“Co Baydenin məxfi məlumatlara çıxışını davam etdirməsinə heç bir ehtiyac yoxdur. Buna görə də biz dərhal Co Baydenin məxfi məlumatlara buraxılış icazəsini ləğv edir və onun üçün gündəlik kəşfiyyat brifinqlərini dayandırırıq”, – Tramp bildirib.

Trampın sözlərinə görə, xüsusi prokuror Robert Hurun məruzəsi göstərib ki, Bayden “yaddaş problemi”ndən əziyyət çəkir və hətta onun “ən yaxşı vaxtlarında” belə ona məxfi məlumatları etibar etmək olmaz.

"Mən həmişə milli təhlükəsizliyimizi qoruyacağam. Co, sən azadsan”, – Tramp vurğulayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm