Tramp Putinlə telefonla danışdı - "O, münaqişəni dayandırmaq istəyir"
Bizi izləyin

ABŞ

Tramp Putinlə telefonla danışdı - "O, münaqişəni dayandırmaq istəyir"

ABŞ Prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putinlə Ukrayna münaqişəsini müzakirə etmək üçün telefon danışığı apardığını bildirib.

Publika.az xəbər verir ki, o, bu barədə New York Post qəzetinə müsahibəsində danışıb.

Söhbətin nə qədər davam etdiyini soruşduqda Tramp “Heç nə deməməyi üstün tuturam” cavabını verib.

Tramp həmçinin “Putinlə həmişə yaxşı münasibətdə olduğunu” deyib. O, ABŞ-ın keçmiş prezidenti Co Baydeni də tənqid edərək, onu ölkə üçün biabırçılıq adlandırıb.

Tramp döyüşləri bitirmək üçün “konkret planı” olduğunu və tezliklə həll olunacağına ümid etdiyini bildirib. O, həmçinin Rusiya liderinin münaqişəni dayandırmaq istədiyini bildirib.

Daha əvvəl Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bəyan etmişdi ki, Moskva və Vaşinqton Rusiya və ABŞ prezidentləri arasında mümkün görüşü hələ müzakirə etməyiblər.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm