Bu jurnalistlərin Ağ Evə girişi məhdudlaşdırıldı - SƏBƏB
Bizi izləyin

ABŞ

Bu jurnalistlərin Ağ Evə girişi məhdudlaşdırıldı - SƏBƏB

Associated Press (AP) jurnalistlərinin Ağ Evə girişi məhdudlaşdırılıb.

Publika.az xəbər verir ki, bunu Ağ Ev Aparat rəhbərinin müavini Teylor Budoviç açıqlayıb.

Onun sözlərinə görə, buna səbəb AP-nin ABŞ Prezidenti Donald Trampın son göstərişlərinə uyğun olaraq “Meksika körfəzi” əvəzinə “Amerika körfəzi” ifadəsindən istifadə etmək istəməməsi olub.

Budoviç qeyd edib ki, məhdudiyyətlər yalnız Ağ Evin müəyyən ərazilərinə aiddir və jurnalistlərin binanın digər hissələrinə giriş icazəsi dəyişməz olaraq qalır.

Qeyd edək ki, bu qərar ölkədə qızğın müzakirələrə səbəb olub.

Ləman

Oxumağa davam et
Reklam
Reklam

Gündəm