ABŞ onu axtarır: Amerikanın birinci xanımı haradadır?
Bizi izləyin

ABŞ

ABŞ onu axtarır: Amerikanın birinci xanımı haradadır?

Son günlər dünya mediası bu məsələni ciddi müzakirə edir: Birinci ledi Melaniya Tramp haradadır?

Publika.az xəbər verir ki, ABŞ-ın birinci xanımı yanvarın 24-də Donald Trampı Şimali Karolina və Kaliforniya ştatlarında dağılmış əraziləri ziyarət etmək üçün müşayiət etdiyi vaxtdan bəri ictimaiyyət arasında görünmür.

“Daily Mail” xəbər verir ki, Prezident Tramp tam sürətlə vəzifəyə başlayıb, sərəncamlar imzaladığı, mətbuat konfransları keçirdiyi və federal hökuməti kiçiltdiyi bir vaxtda, Melaniya Tramp ictimaiyyətin diqqətindən kənarda qalıb.

Birinci xanım Superboulun finalı zamanı da görünməyib. Trampın ilk qızı İvanka prezidentlə “Air Force One” ilə Nyu Orleana uçub və oyun zamanı onun yanında dayanıb.

Melaniya, həmçinin Tramp qeyri-qanuni immiqrasiyaya qarşı “Laken Riley Aktı”nı imzalayanda və İsrailin Baş naziri Benyamin Netanyahu, Yaponiyanın Baş naziri Şiqeru İşiba və İordaniya Kralı Abdulla kimi müxtəlif xarici liderləri qəbul edəndə də, Ağ Evdəki yüksək səviyyəli tədbirlərdə iştirak etməyib.

Birinci xanım həmçinin cütlüklərin dəvət olunduğu böyük tədbirdə iştirak etməyib: Söhbət Trampın Mar-a-Laqodakı evində respublikaçı senatorlar və onların həyat yoldaşları üçün verdiyi şam yeməyindən gedir. Qonaqlar nahar edərkən və prezidentlə selfi çəkdirərkən Melaniya görünməyib.

Melaniya sosial mediada da susub. “X” platformasındakı @FLOTUS hesabında iki yazı var - birində Melaniyanın rəsmi portreti və birində yanvarın 29-da Reyqan Milli Hava Limanında hərbi helikopter ilə “American Airlines” təyyarəsinin toqquşması nəticəsində həlak olanlara başsağlığı verilib.

Bu ayın əvvəlində "Hello" jurnalı Melaniyanın fotosunu dərc edib. Bu cazibədar ağ-qara fotolar Kaliforniya səfərindən bir neçə gün sonra Nyu-Yorkun kənarındakı hava limanında çəkilib.

Media iddia edir ki, Melaniya birinci xanım kimi gündəmdə olmaq üçün bir neçə şərt irəli sürüb. Amma bu şərtlərin detalları tam açıqlanmır.

Yanvarın əvvəlində “Fox News”a verdiyi açıqlamada Melaniya bildirmişdi ki, "Mən Ağ Evdə olacam. Nyu Yorkda olmaq lazım olanda Nyu Yorkda olacağam. “Palm Beachdə” olmaq lazım gələndə isə orada olacağam".

Tural

Oxumağa davam et
Reklam
Reklam

Gündəm