ABŞ-da fəlakət: Çox sayda ölən var
Bizi izləyin

ABŞ

ABŞ-da fəlakət: Çox sayda ölən var

ABŞ-ın bəzi ştatlarında yağan güclü yağış daşqınlara səbəb olub.

Publika.az xəbər verir ki, Kentukki ştatında 13 nəfər həyatını itirib.

Kentukki qubernatoru Endi Beşir daşqınlarda 1000-dən çox insanın xilas edildiyi barədə məlumat paylaşıb.

Qərbi Virciniya ştatının qubernatoru Patrik Morrisi isə daşqınlar səbəbindən çoxlu insanın itkin düşdüyünü bildirib.

Nyu-Yorkdan Alabamaya qədər ən azı 700 min ev və iş yeri yağış, külək və daşqın səbəbindən işıqsız qalıb. Fövqəladə vəziyyət elan edilən bölgədə axtarış-xilasetmə işləri davam edir.

Aysel Şahmar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm