Münhendə ağlayan diplomat Nyu-Yorkda premium mənzil alıbmış
Bizi izləyin

ABŞ

Münhendə ağlayan diplomat Nyu-Yorkda premium mənzil alıbmış

Münhen konfransının təşkilat rəhbəri, bağlanış mərasimində ağlaması ilə gündəmə gələn alman diplomat Kristof Hoysgen ABŞ-ın Nyu-York şəhərində premium mənzilin sahibi imiş.

Publika.az xəbər verir ki, xarici mətbuat bu barədə şəhərin kadastr siyahısına istinadən məlumat yayıb.

Məlumata görə, Kristof Hoysgen özünə Manhettenin elit mərkəzi bölgəsində 780 min dollara iki otaqlı mənzil alıb. Bildirilir ki, diplomat bu mülkü 2020-ci ilin iyununda, yəni Donald Trampın ilk prezidentlik müddəti başa çatmamış əldə edib.

Kristof Hoysgenin ağlamasına səbəb respublikaçıların Oval kabinetə qayıtması olub - diplomat ABŞ-ın yeni siyasi kursu haqqında danışarkən ictimaiyyət qarşısında göz yaşlarını saxlaya bilməyib.

Adəm Abbaslı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm