ABŞ
Dünyanın ən böyük iqtisadiyyatı Trampa görə tənəzzülə uğrayır: Qarşısı alınmasa...

ABŞ prezidenti Donald Trampın yalnış ticarət siyasəti Amerika iqtisadiyyatını tənəzzülə sürükləyə bilər.
Publika.az xəbər verir ki, bu proqnozu Amerika Levi İnstitutunun tədqiqatçısı Marşall Auerbek verib.
Onun sözlərinə görə, Trampın azğın siyasəti ABŞ-da inflyasiyanın artmasına səbəb olacaq.
Dünyanın ən böyük iqtisadiyyatı ABŞ-da Kanada, Meksika və Çin də daxil olmaqla bir sıra ölkələrdən idxala tariflərin artması səbəbindən orta müddətli dövrdə daha yüksək qiymətlərlə üzləşmək riski daşıyır.
Ekspert qeyd edib ki, bu vəziyyətdə Federal Ehtiyatlar Sisteminin (FRS) rəhbərliyi əsas məzənnəni uzun müddət yüksək səviyyədə saxlamalı olacaq: "Gələcək tənəzzülün səbəbləri Donald Trampın iyrənc iqtisadi siyasəti, xüsusən də tariflərlə bağlıdır".
Auerbek əlavə edib ki, Amerika iqtisadiyyatı üçün başqa bir problem artan milli borcdur. Yaxın gələcəkdə bu vəziyyət ABŞ-ı ciddi iqtisadi sarsıntılara qarşı həssas edəcək. Ölkənin dövlət borcu hazırda 36,6 trilyon dollara yaxınlaşır. Bundan əvvəl "Bridgewater Associates" investisiya şirkətinin təsisçisi Rey Dalio xəbərdarlıq etmişdi ki, əgər ölkə hakimiyyəti dövlət borcunu ÜDM-in 3 faizinə endirməsə, ABŞ iqtisadiyyatı üç ildən sonra çökə bilər.
Xatırladaq ki, Tramp yazın əvvəlində Kanada, Meksika və Çindən gələn mallara rüsumlar tətbiq edib. Martın 4-dən etibarən birinci ölkədən məhsulların idxalı üzrə tariflər gömrük dəyərinin 25 faizini təşkil edib, enerji resursları istisna olmaqla, onların idxalı üzrə tariflər 10 faiz səviyyəsində olub. ABŞ prezidenti Meksikadan gələn mallara oxşar rüsumlar (25 faiz) tətbiq edib. Öz növbəsində Çin ixracatçıları 20 faiz rüsum ödəyəcəklər.
Akqabay

-
Sağlamlıq07:35
"Yaz allergiyası" deyib keçməyin - İnfarkta səbəb olurmuş
-
Maraq dünyası05:15
Marsda üzəri "muncuq"larla örtülmüş qaya aşkarlandı
-
Magazin204:50
Kimlər hər həftə 20-160 min manat qazanır - SİYAHI
-
Dünya03:35
Səmada qəribə işıqlar müşahidə edildi - Fotolar
-
Hadisə01:55
Bakıda qəbiristanlıqda QEYRİ-ADİ HADİSƏ
-
Qoroskop01:15
Günün qoroskopu: Romantik görüşlər üçün əla vaxtdır
-
Hadisə00:15
Türkiyədə SİLAHLI HÜCUM: Azərbaycan vətəndaşı yaralandı
-
Kriminal24 Mart 23:13
Ruslan Surxayevin qatili öldürüldü - Şübhəli mərhumun qardaşıdır