ABŞ
Tramp onu Rusiyaya göndərdi: Hələ də Moskvadadır, ABŞ-a məlumat ötürür

ABŞ prezidentinin xüsusi elçisi Stiv Uitkoff Moskvadadır və Ağ Evi Rusiya rəsmiləri ilə danışıqlarda irəliləyişlə bağlı məlumatlandırır.
Publika.az xəbər verir ki, bu barədə ABŞ-ın milli təhlükəsizlik üzrə müşaviri Mayk Valts "Fox News"-a müsahibəsində bildirib.
“Mən həmkarım, xüsusi elçi Uitkoff ilə danışdım. O, oradadır və məlumat ötürür ki, biz onu qiymətləndirək və prezident Tramp növbəti addımlar barədə qərar verə bilsin”, - deyə Valts bildirib.
Bir gün əvvəl Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirmişdi ki, Ağ Ev rəhbəri Donald Trampın Amerika liderinin “sağ əli” adlandırılan xüsusi nümayəndəsi Stiv Uitkoff Rusiyaya təkcə Ukraynadakı münaqişəni müzakirə etmək üçün gəlmir. O, həmçinin Rusiya ilə ABŞ arasında ikitərəfli münasibətlər məsələsini gündəmə gətirmək niyyətindədir.
Bundan əvvəl Stiv Uitkoffun təyyarəsinin martın 14-nə keçən gecə Rusiyadan çıxması ilə bağlı məlumatlar yayılıb. Bununla belə, Ağ Ev xüsusi nümayəndənin hələ də Moskvada olduğunu iddia edir.
Akqabay

-
Region14:57
İmamoğludan yeni mesaj: xalqa səslənərək elan etdi
-
Region14:19
Ədalət dəyənəyi ilə İmamoğluya hücum edirlər - Özgür Özəl
-
Hadisə13:59
Əli Kərimlinin mühafizəçisi saxlanıldı
-
Dünya13:22
İstanbulda etirazçılar bələdiyyə binasına girdilər - ANBAAN VİDEO
-
Avropa11:20
Leyen uğursuzluğa düçar oldu: ABŞ onun çıxışlarına məhəl qoymur
-
Dünya10:20
Papadan xəbər var: müqəddəs taxt-tacdan imtina...
-
Sosial09:55
Tanışınız, dostunuzun nömrəsindən mesaj gələ bilər... - DİN-dən xəbərdarlıq
-
Dünya07:55
İsrailin ən böyük hava limanına ballistik raket atıldı