ABŞ
ABŞ tanınmamış ölkə ilə bağlı danışıqlar apara bilər: Əgər onlar Qəzza qaçqınlarını...

Əgər Somalilənd respublikası Qəzza zolağından qaçqınları qəbul etməyə razılıq verərsə, ABŞ prezidenti Donald Trampın administrasiyası onun suveren dövlət kimi tanınması üçün danışıqlar aparacaq.
Publika.az xəbər verir ki, bu barədə mənbələrə istinadən "Associated Press" (AP) agentliyi məlumat yayıb.
“Bu proseslərdə iştirak edən ABŞ rəsmisi təsdiqləyib ki, Vaşinqton tanınması müqabilində ABŞ üçün faydalı ola biləcək bir sıra sahələr haqqında Somalilənd ilə sakitcə danışıqlar aparır”, - agentlik mənbələrə istinadən bildirir.
Əlavə olaraq qeyd olunur ki, tanınmamış Somaliləndin hakimiyyət orqanları ABŞ nümayəndələri ilə əlaqə faktını açıq şəkildə inkar edir. Bununla belə, dünyanın qalan hissəsi ilə rəsmi münasibətlərin qurulmasına diqqət yetirilməsi sözügedən ölkənin hakimiyyət orqanlarının Fələstinə ictimai dəstəkdən əl çəkməsinə səbəb ola bilər.
Adəm

-
Rəsmi xronika14:09
İlham Əliyev Sahibə Qafarovaya “Şərəf” ordenini təqdim etdi - FOTO/YENİLƏNDİ
-
Rəsmi xronika13:13
İlham Əliyev sərəncam imzaladı
-
Nida Xəbər 12:06
Azərbaycan, ABŞ və İsrailin erməniləri qorxuya salan planı: İrəvanda nədən narahatdırlar?
-
Sosial11:18
Pensiya və sosial yardım alanların nəzərinə!
-
Avropa10:30
Zelenski vəd verib, yerinə yetirsin! - Poroşenko şok detalı açıqladı
-
Region10:12
İstanbulda təxribat təhlükəsi: Metro və yollar bağlandı - Nə baş verir?
-
Region09:54
Türkiyədə hökuməti devirmək istəyirmişlər: İsmayıl Saymaz da saxlanıldı
-
Dünya09:18
Saxlanılan İmamoğludan ilk açıqlama: Onun həbsini kim sifariş edib? - VİDEO