Trampdan İLK HÜCUM ƏMRİ - Ordu irimiqyaslı əməliyyata başladı
Bizi izləyin

ABŞ

Trampdan İLK HÜCUM ƏMRİ - Ordu irimiqyaslı əməliyyata başladı

Donald Tramp ABŞ ordusuna Yəməndə husilərə qarşı hərbi əməliyyatlara başlamağı əmr edib.

Publika.az xəbər verir ki, bu barədə o, "Truth Social" sosial şəbəkəsində yazıb.

“Bu gün mən Birləşmiş Ştatlar ordusuna Yəməndəki husi terrorçularına qarşı qəti və güclü hərbi əməliyyatlar aparmağı əmr etdim”, - o yazıb.

ABŞ Prezidenti bildirib ki, hərbi əməliyyat Amerikanın gəmiçilik, hava və dəniz qüvvələrini qorumaq və naviqasiya azadlığını bərpa etmək məqsədi daşıyır.

Tramp həmçinin İranı Yəmən husilərinə dəstəyi dayandırmağa və “Amerika xalqını və onların prezidentini” təhdid etməməyə çağırıb.

Xatırladaq ki, yanvarın 23-də Tramp Yəmənin "Ənsar Allah" (husilər) hərəkatının xarici terror təşkilatı kimi təyin edilməsi prosesinə start verən fərman imzalayıb. Sənədin mətnində husilərin İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) tərəfindən dəstəkləndiyi bildirilir. Qeyd edilib ki, "Ənsar Allah" ABŞ vətəndaşlarının təhlükəsizliyini və Yaxın Şərqdə qlobal dəniz ticarətinin sabitliyini təhdid edir.

Qeyd edək ki, yanvarın 25-də husilər ABŞ-ı terror təşkilatı sayılacaqları təqdirdə gəmilərin Bab əl-Məndəb boğazından keçidini əngəlləməklə hədələyiblər.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm