Trampın XÜSUSİ ELÇİSİ - Zelenski ilə o dil tapacaq
Bizi izləyin

ABŞ

Trampın XÜSUSİ ELÇİSİ - Zelenski ilə o dil tapacaq

ABŞ Prezidenti Donald Tramp Keyt Kelloqu özünün Ukrayna üzrə xüsusi elçisi təyin edib.

Publika.az xəbər verir ki, o, bu barədə “Truth Social” sosial şəbəkəsində yazıb.

“Çox hörmətli hərbi ekspert olan general Kelloq birbaşa prezident Zelenski və Ukrayna rəhbərliyi ilə məşğul olacaq. O, onları yaxşı tanıyır və onların çox yaxşı iş münasibətləri var”, - Amerika prezidenti bildirib.

Yazının sonunda o, Kelloqu vəzifəyə təyin olunması münasibətilə təbrik edib.

Fevralın ortalarında Münhen konfransında Kelloq Ukrayna Silahlı Qüvvələrinin münaqişədə qalib gələ bilməyəcəyini bəyan edib:

“Əgər siz İkinci Dünya Müharibəsindəki kimi qalib gəlmək barədə düşünürsünüzsə, yəqin ki, bu baş verməyəcək".

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm