ABŞ və Avropa Ukraynada “fəlakətli məğlubiyyətə” uğrayıb
Bizi izləyin

ABŞ

ABŞ və Avropa Ukraynada “fəlakətli məğlubiyyətə” uğrayıb

ABŞ və Avropa Ukraynada fəlakətli məğlubiyyətə uğrayıb.

Publika.az xəbər verir ki, bunu TASS-a Pentaqonun keçmiş məsləhətçisi Maykl Brenner deyib.

“Onlar çox böyük siyasi kapitala, maddi resurslara və s. investisiya yatırıblar. Təhlükədə olanın vacibliyini şişirtdilər. İndi isə onlar fəlakətli məğlubiyyətə düçar olublar”, - deyə o vurğulayıb.

Analitik hesab edir ki, bu baxımdan ABŞ prezidenti Donald Tramp Ukraynadakı münaqişəni həll etməyə çalışır.

Əvvəllər irlandiyalı jurnalist Çay Bous iddia edirdi ki, əsl müharibəni qızışdıranlar Rusiya və ya Çində deyil, Avropadadır.

Jurnalistin fikrincə, Avropa ABŞ-a qarşı çıxıb, çünki Trampın yeni administrasiyası Kiyevə pulsuz dəstəyi dayandırmaq təşəbbüsü ilə çıxış edib.

Qeyd edək ki, martın 27-də Parisdə Ukraynaya yardım etmək istəyənlər koalisiyasının sammiti keçiriləcək. Fransa prezidenti Emmanuel Makron deyib ki, onun sammitdəki məqsədi Kiyevə qısamüddətli dəstək üçün öhdəliklərin və daha konkret hədəflərin təsdiqlənməsini təmin etməkdir.

Adəm

Oxumağa davam et
Reklam
Reklam

Gündəm