Trampın şansı azalır: "Bayden müharibəsi" onun özünə çevrilə bilər
Bizi izləyin

ABŞ

Trampın şansı azalır: "Bayden müharibəsi" onun özünə çevrilə bilər

ABŞ prezidenti Donald Trampın Ukraynadakı müharibəni bitirmək şansı getdikcə azalır.

Publika.az xəbər verir ki, bu barədə "The Economist" insayderlərə istinadən yazıb.

Qeyd olunub ki, o, bu ay başa çatacaq prezidentliyinin ilk 100 günü ərzində atəşkəs əldə etməyə ümid edir. Eyni zamanda Tramp “Baydenin müharibəsi” adlandırmağa başladığı bu müharibənin ona çevrilə biləcəyindən narahatdır.

Məlumata görə, müharibəni bitirmək səylərində Tramp Rusiyaya qarşı xüsusi yumşaqlıq və Ukraynaya qarşı düşmənçilik nümayiş etdirir, hətta nəşrin yazdığı kimi, özünü getdikcə daha çox “Rusiyanın könüllü şəriki kimi” aparır.

Onun Rusiyaya qarşı sərt addımlar atmağa hazır olması barədə bəyanatlarına baxmayaraq, hər şey dəyişməz olaraq qalır. Nəşr xatırladıb ki, o, sələfi Co Baydenin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaları uzadıb, lakin əlavə sanksiyalar tətbiq etməkdən imtina edib.

Rusiya ilə ABŞ arasında diplomatik müstəvidə də yaxınlaşma var: aprelin 10-da hər iki ölkənin rəsmiləri İstanbulda səfirliklərinin təmiri ilə bağlı görüş keçiriblər. Ölkələr həmçinin iki məhbusu dəyişdiriblər.

Bununla yanaşı, Tramp vaxtaşırı Ukraynaya ziyan vuran tədbirlər həyata keçirir. Belə ki, o, mart ayında Ukraynaya silah və kəşfiyyat məlumatlarının tədarükünü dayandırıb. Tariflər tətbiq etməklə o, Ukraynanı minimum 10% ümumi tariflə vurub və Rusiyanı rüsumların tətbiq olunduğu ölkələr siyahısından çıxarıb.

"The Economist" qeyd edir ki, Tramp Ukraynaya əlavə hərbi yardımdan danışmır, çünki Bayden tərəfindən təsdiqlənmiş silah tədarükü yaxın aylarda başa çatacaq.

Ukraynaya dəstək verilmədiyini nümayiş etdirən digər tədbirlərə ABŞ qoşunlarının və texnikasının Ukraynaya silah tədarükü üçün Polşanın mühüm mərkəzi olan Rzeşovdan çıxarılması və ABŞ Müdafiə naziri Pit Heqsetin aprelin 11-də Brüsseldə Ramşteyn Əlaqə Qrupunun iclasında videobağlantı vasitəsilə iştirakı daxildir.

Akqabay

Oxumağa davam et
Reklam
Reklam

Gündəm