Tramp 30-a yaxın diplomatik missiyanı bağlayır
Bizi izləyin

ABŞ

Tramp 30-a yaxın diplomatik missiyanı bağlayır

ABŞ prezidenti Donald Trampın administrasiyası xaricdəki 30-a yaxın diplomatik missiyanı bağlamağı planlaşdırır.

Publika.az xəbər verir ki, bu barədə “New York Times” qəzeti məlumat yayıb.

Bildirilir ki, 10 səfirliyin və 17 konsulluğun bağlanması planları nəzərdən keçirilir. Materialda qeyd edilir ki, bu cür dəyişikliklər nəticəsində ABŞ-ın mövcudluğu demək olar ki, bütün qitələrdə azalacaq. Belə ki, Afrikadakı 6 səfirliyin - Cənubi Afrika, Eritreya, Qambiya, DRC, Lesoto, Cənubi Sudan və Avropadakı iki səfirliyin Lüksemburq və Maltada birdən-birə bağlanması təklif edilir.

Fransada beş, Almaniyada iki, Bosniya və Herseqovinada daha iki konsulluğun bağlanması mümkündür. Digər Avropa ölkələrində daha bir neçə diplomatik nümayəndəlik bağlana bilər.

Adəm

Oxumağa davam et
Reklam
Reklam

Gündəm