Kir Starmer Donald Trampla telefonla danışdı: azad ticarət müzakirəsi...
Bizi izləyin

ABŞ

Kir Starmer Donald Trampla telefonla danışdı: azad ticarət müzakirəsi...

Britaniya Baş naziri Kir Starmer ABŞ Prezidenti Donald Tramp ilə telefon danışığı aparıb.

Publika.az xəbər verir ki, bu barədə Baş Nazirliyin ofisi məlumat yayıb.

Məlumata görə, telefon danışığı zamanı liderlər Birləşmiş Krallıq və ABŞ arasında davam edən məhsuldar ticarət danışıqlarını müzakirə ediblər. Baş nazir azad və açıq ticarətə sadiqliyini bir daha vurğulayıb, milli maraqların qorunmasının vacibliyini qeyd edib.

Danışıq zamanı həmçinin, Ukraynadakı vəziyyət, İranla bağlı məsələlər və Yəməndə husilərə qarşı son hərbi tədbirlər də müzakirə olunub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm