ABŞ
Tramp Çinlə bağlı SÖZ VERDİ: "Lakin sıfır olmayacaq"

"ABŞ Çin mallarına gömrük rüsumlarını azaldacaq, lakin tarif sıfır olmayacaq".
Publika.az xəbər verir ki, bunu Ağ Ev rəhbəri Donald Tramp bildirib.
Vaşinqtonda jurnalistlərin suallarını cavablandıran Tramp deyib:
"145 % (ABŞ-ın Çindən gələn mallara tətbiq etdiyi cari tariflər – red.) çoxdur. Əlbəttə ki, onlar o qədər də yüksək olmayacaqlar. Rüsumlar əhəmiyyətli dərəcədə aşağı düşəcəklər, lakin sıfır olmayacaq".
Aprelin 23-də ABŞ-ın maliyyə naziri Skott Bessentin Çinlə ticarət müharibəsinin deeskalasiyasını gözlədiyi bildirilib .
Aprelin 2-də Tramp 185 ölkə üçün idxal tariflərinin yeni sistemini tətbiq edib. Baza dərəcəsi bütün idxal olunan mallar üzrə 10%, ayrı-ayrı ölkələr üçün isə əhəmiyyətli dərəcədə yüksək olub - Çin üçün 34%, Vyetnam üçün 46% və Avropa İttifaqı üçün 20% . Buna cavab olaraq Çin də Amerika mallarına 34% rüsum tətbiq edib. Dünya liderləri Trampın qərarını pisləyərək qisas alacağı ilə hədələyiblər.
Hüseyn İbadlı

-
Qoroskop00:15
Günün qoroskopu: Sizin dövrünüz başlayır!
-
İdman19 May 23:50
Əminə Əliyeva növbəti hədəfini açıqladı
-
ABŞ19 May 23:05
Putin Trampı buna görə təbrik etdi
-
Magazin119 May 22:36
Xoşqədəmin kartından pul oğurlandı - VİDEO
-
İdman19 May 22:08
VAR olmasaydı, İspaniya çempionu “Barsa” yox, bu komanda olacaqdı – FOTO
-
Magazin219 May 21:19
“Havuç” nişanlandı - Fotolar
-
Dünya19 May 21:07
Tramp Putinlə 2 saat nə danışdı? - Yeniləndi
-
İdman19 May 20:55
Berlində ara qarışdı: “Qalatasaray” azarkeşləri ilə polis arasında toqquşma