Zelenski bütün Ukraynanı itirə bilər - Tramp
Bizi izləyin

ABŞ

Zelenski bütün Ukraynanı itirə bilər - Tramp

Zelenski daha üç il döyüşüb bütün Ukraynanı itirə bilər.

Publika.az xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp özünün "Truth Social" sosial şəbəkəsində bildirib.

O, Ukrayna prezidenti Vladimir Zelenskini Ukraynada sülh yolu ilə nizamlanma cəhdlərinə zərbə vurduğuna görə tənqid edib.

“Ukraynada vəziyyət dəhşətlidir – o, sülh əldə edə bilər, ya da daha üç il döyüşüb, sonra bütün ölkəni itirə bilər”, – Tramp deyib.

Onun sözlərinə görə, “oynamağa kartı olmayan” adam nəhayət “bunu etməlidir”, yəni Zelenski sülh müqaviləsi bağlamaq üçün güzəştə getməlidir.

Qeyd edək ki, aprelin 23-də Londonda ABŞ dövlət katibi ilə Fransa, Böyük Britaniya, Almaniya və Ukrayna Xarici İşlər nazirliklərinin nümayəndələri arasında görüş keçirilməli idi, lakin tədbir son anda təxirə salındı.

Əvəzində Londonda danışıqlar ekspertlər səviyyəsində aparılıb. Dünya mətbuatının yazdığına görə, bu qərar Ukrayna prezidenti Vladimir Zelenskinin Krımın Rusiyanın bir hissəsi kimi tanınması ehtimalını rədd edən bəyanatlarından sonra verilib.

Ləman

Oxumağa davam et
Reklam
Reklam

Gündəm