ABŞ
Ağ Evdə milyarderlər arasında gərginlik: Bir-birinin üstünə qışqırdılar

ABŞ Hökumətinin Səmərəliliyi Departamentinin (DOGE) rəhbəri İlon Mask və maliyyə naziri Skott Bessent ölkənin vergi xidməti ilə bağlı mübahisə zamanı Ağ Evdə bir-birinin üstünə qışqırıblar.
Publika.az xəbər verir ki, bu barədə “Axios” mənbələrə və şahidlərə istinadən məlumat yayıb.
Məlumata görə, şiddətli mübahisə ötən həftə ABŞ Prezidenti Donald Tramp və digər rəsmilərin qarşısında baş verib.
Nəşr yazır ki, onlar arasında ölkənin vergi xidmətinə kimin rəhbərlik edəcəyi ilə bağlı fikir ayrılığı yaranıb.
Bessent DOGE-nin büdcəyə böyük miqdarda pul qazandıracağına dair verdiyi vədləri yerinə yetirmədiyi üçün Maskı tənqid edib. Mask cavab olaraq maliyyə nazirini “Sorosun agenti” adlandırıb.
Daha sonra nazir “lənət olsun” deyə qışqırıb, Mask isə “Daha yüksək səslə de”, - deyə Bessenti qızışdırıb. Onların mübahisəsi o qədər ciddi olub ki, Trampın köməkçilərindən biri hər iki şəxsi sakitləşdirməyə çalışıb.
Baş verənləri həmin gün Ağ Evdə olan İtaliyanın Baş naziri Giorgia Meloni də eşidib.
Baş verənlərin Maskın şəxsiyyətinin və üslubunun Tramp administrasiyasının bəzi yüksək vəzifəli məmurlarını nə qədər qıcıqlandırdığının göstəricisi olduğu qeyd edilir.
Qeyd edək ki, Mask Bessent təyin olunmazdan əvvəl Hovard Lutnikin xəzinədarlıq katibi təyin edilməsini təklif edib və o, sonda Ticarət Departamentinin rəhbəri olub.

-
Art00:55
İfaları ilə Prezidenti kövrəldən uşaqlar danışdılar - VİDEO
-
ABŞ12 May 21:31
Trampın Yaxın Şərqə səfəri başladı
-
Avropa12 May 20:11
Kir Starmerin evi yandı
-
ABŞ12 May 19:40
ABŞ və Çin razılığa gəldi: Rüsumlar endirildi
-
Nəqliyyat12 May 18:40
21 yolda tıxac var - Siyahı
-
Hadisə12 May 18:30
DGK-nın vəzifəli şəxslərinin düşdüyü qəzanın TƏFƏRRÜATI
-
Hadisə12 May 18:20
Baş Prokurorluq Gəncədəki PARTLAYIŞla bağlı məlumat yaydı
-
Dünya12 May 17:05
Bu bölgədə məskunlaşanlara 19 min manat veriləcək