ABŞ
Ukrayna Krımı geri qaytaracaq? - Trampdan AÇIQLAMA

ABŞ Prezidenti Ukraynanın Krım üzərində nəzarəti bərpa edə biləcəyinə şübhə ilə yanaşaraq, yarımadanın hərbi güc tətbiq etmədən Rusiyanın yurisdiksiyasına keçdiyini vurğulayıb.
Publika.az xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.
Ağ Evdə Norveçin baş naziri ilə görüşən ABŞ rəhbəri bəyan edib ki, Krımın Rusiyaya verilməsi Obama administrasiyası dövründə Ukraynanın heç bir hərbi müqaviməti olmadan baş tutub. Tramp Krımın Kiyevin nəzarətinə qaytarılmasının mümkünlüyü ilə bağlı şübhələrini ifadə edərək, bu vəzifəni son dərəcə çətin adlandırıb.
Ukraynın mümkün ərazi güzəştləri ilə bağlı sualı cavablandıran Tramp qərarın konkret ərazilərdən asılı olduğunu və ABŞ-ın Ukraynaya mübarizəsində hər cür dəstəyi verəcəyini vurğulayıb. O, Ukraynanın münaqişə zamanı əhəmiyyətli ərazi itkiləri verdiyini də qeyd edib.
Bir gün əvvəl Tramp Ukrayna Prezidenti Volodimir Zelenskinin Kiyevin Krımı Rusiya kimi tanımaq niyyətində olmaması ilə bağlı bəyanatını kəskin tənqid edib. Amerika lideri hesab edir ki, Zelenskinin sözləri sülh danışıqlarına “ciddi ziyan vurur”.
Hüseyn İbadlı

-
Sosial23:24
"Qızım yuxuma girdi" - Kürə atılan Nuranənin anası ilk dəfə DANIŞDI
-
İnanc23:12
Bu səlahiyyət Şeyxin əlindən alındı
-
Magazin122:24
"Bu olmasa, müğənnilərin 99 %-i BATAR"
-
MDB22:12
Ağaca söykənən oğlan iki barmağını İTİRDİ
-
Magazin121:12
Şəbnəmlə Vəfa barışdı
-
Sosial20:00
Əhalinin NƏZƏRİNƏ - Sabah bəzi ərazilər QAZSIZ QALACAQ
-
Magazin119:50
16 yaşlı Nuranəni öldürüb Kürə atan əri ilə bağlı QƏRAR VERİLDİ
-
Mətbəx18:55
Qurbağa əti Bakıda süfrəyə gəldi - Halaldır, yoxsa haram?