ABŞ-da ən pis anda iqlimlə bağlı kritik QƏRAR VERİLDİ
Bizi izləyin

ABŞ

ABŞ-da ən pis anda iqlimlə bağlı kritik QƏRAR VERİLDİ

ABŞ dövlət katibi Marko Rubio ölkənin beynəlxalq iqlim dəyişikliyi siyasətinin həyata keçirilməsi və əlaqələndirilməsinə cavabdeh olan Qlobal Dəyişikliklər Ofisini ləğv edib.

Publika.az xəbər verir ki, bu barədə "Politico" məlumat yayıb.

Nəşr qeyd edib ki, idarənin əməkdaşları qurumun ləğv olunduğunu aprelin 24-də öyrəniblər. Nəşrin mənbələri bu barədə məlumatın idarə əməkdaşlarına şifahi şəkildə çatdırıldığını bildiriblər.

Bir səlahiyyətli, bu addımın mümkün olan ən pis anda beynəlxalq iqlim əməkdaşlığı üçün problemlər yarada biləcəyini söyləyib.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm