ABŞ
Bu qarışqalar paltarın altına girsə, öldürə bilər: Ölkəni zəbt ediblər

Asiya iynə qarışqaları ABŞ-ı zəbt edib və ölkənin ekosistemini təhdid edir.
Publika.az xəbər verir ki, bu barədə "Fox Weather" məlumat yayıb.
Entomologiya üzrə professor Den Suiterin sözlərinə görə, belə bir həşəratın dişləməsi ölümcül ola bilər. Bu, anafilaktik şoka səbəb ola bilər. Professor bildirib ki, Asiya qarışqaları aqressiv deyil, ancaq təsadüfən paltarların altına düşərsə, özünümüdafiə vasitəsi kimi sancırlar.
Xatırladaq ki, Asiya qarışqaları ABŞ-a 1932-ci ildə gətirilib, lakin bu yaxınlarda problemə çevrilib. Suiter növlərin invaziv olduğunu izah edib. Onlar böyük miqdarda bitki yeyirlər və lazımi toxumları yayan yerli qarışqaları məhv edirlər.
Mütəxəssisin sözlərinə görə, bu həşəratlar kiçik olsalar da, ekosistemə çox böyük ziyan vurmağa qadirdirlər, ona görə də onların çoxalması ilə mübarizə aparılmalıdır. Asiya qarışqaları ağaclarda və odunlarda yaşayır. Suiter insanlara odun ehtiyatlarını quru yerdə, yerdən kənarda saxlamağı tövsiyə edib.
Adəm

-
Sağlamlıq07:47
Hazır qəhvə gizli təhlükə yarada bilər - XƏBƏRDARLIQ
-
Magazin106:16
"Yalvardım ki, məni boşa"
-
Avropa05:45
Tramp Starmerlə ortaq məxrəcə gəldi - Bu ölkə “ciddi təhdid” yaradır
-
Maraq dünyası04:44
Xoşbəxtlikdən buna görə ağlayırıq - ŞOK ARAŞDIRMA
-
Nida Xəbər 03:43
SON DƏQİQƏ: Tehran silsilə hücumlara məruz qalır - VİDEO
-
Elm və təhsil00:15
Məşhur olimpiada SAXTA ÇIXDI - VİDEO
-
Magazin100:00
“Özümü 60 yaşlarımda da belə saxlayacağam” - FOTO
-
Hadisə22 İyun 23:36
Qubada ağır qəzada ölən bacıların kimliyi məlum oldu - FOTO/YENİLƏNDİ