Tramp İranı iflasa uğratmaqla HƏDƏLƏDİ
Bizi izləyin

ABŞ

Tramp İranı iflasa uğratmaqla HƏDƏLƏDİ

Tramp növbəti dəfə İranı hədələyib.

Publika.az xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.

“Əgər İran rəhbərliyi bu zeytun budağından imtina edərsə və qonşularına hücum etməyə davam edərsə, o zaman mənim əvvəl etdiyim kimi maksimum təzyiq göstərməkdən və İran neftinin ixracını sıfıra endirməkdən başqa çarəmiz qalmayacaq”, - Tramp Səudiyyə Ərəbistanında investisiya forumunda deyib.

O xatırladıb ki, İran ABŞ-ın hərəkətlərinə görə faktiki olaraq müflis ölkə olub.

Mayın 11-də Oman tərəfinin vasitəçiliyi ilə İran və ABŞ arasında dolayı danışıqların dördüncü raundu Maskatda başa çatıb. İki həftəlik fasilədən sonra danışıqlar davam etdirilib. Tehran və Vaşinqton arasında dolayı danışıqların birinci və üçüncü raundu müvafiq olaraq aprelin 12 və 26-da Omanda , ikincisi isə aprelin 19-da İtaliyanın paytaxtı Romada keçirilib .

IRIB telekanalının məlumatına görə, İran və ABŞ yaxın vaxtlarda İranın nüvə proqramı ilə bağlı danışıqların beşinci mərhələsini keçirəcək.

Bundan əvvəl ABŞ prezidenti Donald Trampı Tehranla danışıqlarda təmsil edən Ağ Evin xüsusi nümayəndəsi Stiv Vitkoff bildirmişdi ki, İran Ağ Evi nüvə silahı yaratmaq istəyinin olmadığına rəsmi şəkildə əmin edib. Vitkoffun fikrincə, bu niyyətlərin səmimiliyi uranın zənginləşdirilməsindən imtina ilə təsdiqlənməlidir.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm