Tramp ona bağışlanan təyyarə ilə nə edəcək?
Bizi izləyin

ABŞ

Tramp ona bağışlanan təyyarə ilə nə edəcək?

ABŞ prezidenti Donald Tramp Qətərin ona ianə etdiyi "Boeing-747-8" təyyarəsini ABŞ Hərbi Hava Qüvvələrinə verəcəyini bildirib.

Publika.az xəbər verir ki, o, bu barədə "Truth Social" sosial şəbəkəsindəki hesabında yazıb.

""Boeing-747" hava qüvvələrinə təhvil verilir, birləşmiş Ştatların Müdafiə Nazirliyinə, mənə yox! Yeni "Boeing"lərimiz gələnə qədər hökumətimiz tərəfindən müvəqqəti Hava Hücumundan Müdafiə təyyarəsi kimi istifadə olunacaq. Bu təyyarələrin çatdırılması xeyli gecikir", - Deyə Tramp yazıb.

O, təyyarəni Birləşmiş Ştatların uzun illər uğurla müdafiə etdiyi dövlətin hədiyyəsi adlandırıb.

Qətər kral ailəsinin Trampa hədiyyəsi ABŞ-ın bir sıra qanunvericilərini qəzəbləndirib. Xüsusilə Senatın azlıq təşkil edən lideri Çak Şumer bunu "birbaşa rüşvət məsələsi" adlandırıb.

Məlum olub ki, sözügedən təyyarənin qoyməti 400 milyon dollardır.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm