ABŞ
ABŞ və Rusiya arasında müharibə nə vaxt başlaya bilər? - General AÇIQLADI

Pentaqon ABŞ və Rusiya Federasiyası arasında birbaşa hərbi münaqişənin nə zaman başlaya biləcəyini açıqlayıb.
Publika.az xəbər verir ki, ABŞ Şimal Komandanlığının rəhbəri, general Qreqori Gilot hesab edir ki, bu, Ukraynada vəziyyətin gərginləşəcəyi təqdirdə baş verə bilər.
"ABŞ və onun əsas rəqiblərindən biri arasında birbaşa münaqişə ehtimalı artır", - deyən amerikalı hərbi lider Ukrayna münaqişəsinin potensial olaraq ABŞ silahlı qüvvələri ilə Rusiya ordusu arasında birbaşa hərbi toqquşmaya təkan verə biləcəyini vurğulayıb.
Bir müddət əvvəl politoloq Sergey Sudakov Rusiya ilə ABŞ arasında mümkün olan yeganə müharibənin nüvə müharibəsi olması fikrini bildirmişdi. Ancaq bu, təxminən 40 dəqiqə davam edəcək, bundan sonra bəşəriyyət məhv olacaq.
ABŞ kəşfiyyatı etiraf edib ki, Rusiya Ukraynadakı münaqişə zamanı ABŞ-ın Kiyevə tədarük etdiyi bir çox silaha qarşı durmağın yollarını tapıb.
Xəbərdə o da deyilir ki, Rusiya döyüş meydanında təşəbbüsü əlində saxlayır və münaqişə nəticəsində Ukraynadan əhəmiyyətli güzəştlər əldə edə biləcək. Düzdür, onun bütün şərtlərinin yerinə yetirilməsinə nail olacağı ehtimalı azdır.
Hüseyn İbadlı

-
İKT07:35
"Android" telefonlarda "Xaç atası" virusu yayılır - Bank hesablarınız ələ keçirilə bilər
-
ABŞ02:19
Tramp İrana vaxt verdi: Maksimum bu qədər gözləyə bilərəm!
-
Yaxın Şərq02:10
İran İsrailin Daxili İşlər Nazirliyini vurdu - VİDEO
-
Magazin202:05
Nihal Candan vəfat etdi
-
ABŞ02:00
ABŞ-ın 2 hərbi nəqliyyat təyyarəsi İranla sərhədə göndərildi
-
Qoroskop00:55
Günün ulduz falı: Emosional yaxınlıq istəyi artır...
-
Region20 İyun 22:38
İranda güclü zəlzələ oldu
-
Region20 İyun 21:25
Ərdoğanla Paşinyan arasında görüş başa çatdı - Yeniləndi