Trampa verilən 400 milyon dollarlıq təyyarə aranı qarışdırıb: Qətərdən açıqlama
Bizi izləyin

ABŞ

Trampa verilən 400 milyon dollarlıq təyyarə aranı qarışdırıb: Qətərdən açıqlama

ABŞ prezidenti Donald Tramp istədiyi zaman 400 milyon dollarlıq "Boeing 747-8" təyyarəsini ala bilər, tərəfimizdən şəxsi hədiyyə deyil, hökumətlərarası rəsmi müqavilədir.

Publika.az CNN-ə istinadən xəbər verir ki, bunu Qətərin baş naziri Məhəmməd bin Əbdülrəhman bin Casim Al Tani deyib.

"Bu, çox sadə hökumətlərarası sazişdir", - o qeyd edib.

Bundan əlavə, baş nazir bu sövdələşmənin hələ də hüquqi baxışda olduğunu bildirib.

Daha əvvəl bildirilmişdi ki, Qətərin kral ailəsi Amerika liderinə "Boeing 747-8" təyyarəsini hədiyyə edib. Demokratlar isə bunu tənqid edib və araşdırma aparılmasını tələb ediblər.

Adəm

Oxumağa davam et
Reklam
Reklam

Gündəm