ABŞ
“Amerikanın səsi”nin 600 əməkdaşı işdən çıxarıldı

ABŞ prezidenti Donald Trampın administrasiyası cümə axşamı daha əvvəl dövlət qrantlarından məhrum olmuş “Amerikanın səsi” radiostansiyasının 600-ə yaxın əməkdaşını işdən çıxarıb.
Publika.az xəbər verir ki, bu barədə Amerikanın “New York Times” qəzeti məlumat yayıb.
“Tramp administrasiyası cümə axşamı “Amerikanın səsi”nin 600-ə yaxın əməkdaşını işdən çıxarıb... İşdən çıxarılanlara müqaviləli işçilər, əsasən jurnalistlər, eyni zamanda heyətin üçdə birindən çoxunu təmsil edən bəzi inzibati işçilər də daxildir”, - nəşr yazır.
“Amerikanın səsi”nin baş direktoru Maykl Abramovits işçilərə göndərdiyi elektron poçtda ixtisarları “anlaşılmaz” adlandırıb.
ABŞ Qlobal Media Agentliyinin (USAGM) baş məsləhətçisi Qarey Lakeyin sözlərinə görə, media işçiləri prezident administrasiyasının qanuni səlahiyyətlərinə və planlaşdırılan “federal bürokratiyanın ixtisarına” uyğun olaraq işdən çıxarılıblar.
Tural

-
İKT07:35
"Android" telefonlarda "Xaç atası" virusu yayılır - Bank hesablarınız ələ keçirilə bilər
-
ABŞ02:19
Tramp İrana vaxt verdi: Maksimum bu qədər gözləyə bilərəm!
-
Yaxın Şərq02:10
İran İsrailin Daxili İşlər Nazirliyini vurdu - VİDEO
-
Magazin202:05
Nihal Candan vəfat etdi
-
ABŞ02:00
ABŞ-ın 2 hərbi nəqliyyat təyyarəsi İranla sərhədə göndərildi
-
Qoroskop00:55
Günün ulduz falı: Emosional yaxınlıq istəyi artır...
-
Region20 İyun 22:38
İranda güclü zəlzələ oldu
-
Region20 İyun 21:25
Ərdoğanla Paşinyan arasında görüş başa çatdı - Yeniləndi