ABŞ
Baydenin şok səs yazısı İNTERNETƏ SIZDI - Oğlunun ölüm tarixini belə...

ABŞ-ın keçmiş prezidenti Co Baydenlə keçmiş xüsusi prokuror Robert Heur arasında məxfi sənədlərin düzgün saxlanmaması ilə bağlı söhbətinin beş saatlıq audio yazısı "Axios" portalı tərəfindən dərc edilib .
Publika.az xəbər verir ki, ifadələrin stenoqramı daha əvvəl yayılıb. Səs yazısından məlum olub ki, ABŞ-ın keçmiş lideri 2023-cü il oktyabrın 8 və 9-da keçmiş xüsusi prokurorla söhbəti zamanı dəfələrlə fasilə verib və suallara tutarsız cavab verib.
Bayden vitse-prezident vəzifəsində işlədiyi tarixlərlə bağlı problem yaşayıb. O, oğlu Bo-nun nə vaxt vəfat etdiyini də xatırlaya bilməyib.
Gizli sənədlərin saxlanması ilə bağlı suala cavab olaraq keçmiş ABŞ prezidenti etiraf edib ki, ola bilsin ki, o, onları “yalnız nəsillər üçün” saxlamaq istəyib.
Bundan əvvəl məlum olmuşdu ki, Baydenin komandası səhhəti pisləşdiyi üçün yenidən seçiləcəyi təqdirdə onu əlil arabasına qoymağı planlaşdırıb.
Hüseyn İbadlı

-
İKT07:35
"Android" telefonlarda "Xaç atası" virusu yayılır - Bank hesablarınız ələ keçirilə bilər
-
ABŞ02:19
Tramp İrana vaxt verdi: Maksimum bu qədər gözləyə bilərəm!
-
Yaxın Şərq02:10
İran İsrailin Daxili İşlər Nazirliyini vurdu - VİDEO
-
Magazin202:05
Nihal Candan vəfat etdi
-
ABŞ02:00
ABŞ-ın 2 hərbi nəqliyyat təyyarəsi İranla sərhədə göndərildi
-
Qoroskop00:55
Günün ulduz falı: Emosional yaxınlıq istəyi artır...
-
Region20 İyun 22:38
İranda güclü zəlzələ oldu
-
Region20 İyun 21:25
Ərdoğanla Paşinyan arasında görüş başa çatdı - Yeniləndi