Vaşinqtonda İsrail səfirliyinin əməkdaşları güllələndi
Bizi izləyin

ABŞ

Vaşinqtonda İsrail səfirliyinin əməkdaşları güllələndi

Vaşinqtonda Paytaxt Yəhudi Muzeyinin qarşısında bir kişi və bir qadın güllələnərək öldürülüb. Ölənlər İsrail səfirliyinin əməkdaşlarıdır.

Publika.az xəbər verir ki, bunu ABŞ-ın daxili təhlükəsizlik üzrə katibi Kristi Noem açıqlayıb.

Hazırda hadisənin detalları məlum deyil.

Hüquq-mühafizə orqanları araşdırma aparır.

Qeyd edək ki, hadisənin baş verdiyi muzey Federal Təhqiqatlar Bürosunun Vaşinqton Ofisinin yanında yerləşir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm