ABŞ
"SpaceX" dünyanın ən böyük raketini kosmosa göndərdi
İlon Maskın "SpaceX" şirkəti doqquzuncu sınaq uçuşunda kosmosa "Starship" kosmik gəmisinin prototipini daşıyan raket göndərib.
Publika.az xəbər verir ki, raketin buraxılma anı qurumun "X" sosial şəbəkəsindəki səhifəsində canlı yayımlanıb.
Raket dünən saat 19:36-da (28 may Bakı vaxtı ilə 03:36) ABŞ-ın Texas ştatındakı Starbase kosmodromundan buraxılıb. Əvvəlki iki buraxılış, mart və yanvar aylarında gəmilərin itməsi ilə başa çatıb. Bu dəfə şirkət "Starship"in işini yaxşılaşdırmaq üçün bir neçə eksperiment aparmaq və "Starlink" rabitə peyklərinin səkkiz simulyatorunu orbitə çıxarmaq niyyətindədir. “Starship” kosmik gəmisi və “Super Heavy” daşıyıcı aparatından ibarət təkrar istifadə edilə bilən raket sisteminin hündürlüyü 120 m-dən çoxdur. O, dünyada indiyə qədər hazırlanmış hər hansı digər raketdən daha hündürdür.
Hüseyn İbadlı
-
Hadisə17:06Davada qətli törədənlərin kimliyi bilindi - Video
-
Magazin116:08Əməkdar artistə vəzifə verildi
-
Magazin214:00Məşhur qrup liderinin həyat yoldaşı axtarışa verildi - Foto
-
Ekologiya13:04Şimşək çaxacaq, yağış yağacaq - Hava proqnozu
-
İdman12:25Bakı daha bir mötəbər turnirə ev sahibliyi edir
-
ABŞ09:00ABŞ-dən İrana zərbə siqnalı: Bu həftəsonu hər şey dəyişə bilər
-
ABŞ06:46Pentaqondan daha bir UNO hesabatı: Sirli obyektin detalları açıqlandı
-
Qoroskop01:20Günün ulduz falı: sürprizlərə hazır olun!





































