ABŞ
ABŞ İsrailin İranla müharibəyə qoşulmaq tələbini rədd etdi

ABŞ İsrailin İranla müharibəyə qoşulmaq tələbini rədd edib.
Publika.az xəbər verir ki, bu barədə “Times of Israel” Vaşinqton rəsmisinə istinadən məlumat yayıb.
“ABŞ rəsmisi İsrailin xahişini təsdiqləyib və bildirib ki, Tramp administrasiyası hazırda münaqişəyə qoşulmaq barədə düşünmür”, - nəşr yazıb.
İyunun 13-nə keçən gecə İsrail İranın nüvə və hərbi obyektlərinə zərbələr endirərək “Yüksələn Aslan” əməliyyatına başlayıb. Hücumlar nüvə silahının inkişafı ilə bağlı infrastrukturu, eləcə də yüksək rütbəli hərbçiləri hədəf alıb. Həmin günün axşam saatlarında isə İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İsrailə raket zərbələri ilə cavab verib. Tehran İsrailin hərbi infrastrukturuna, o cümlədən hava bazalarına və digər strateji obyektlərə irimiqyaslı zərbələr endirəcəyini vəd edib. Hazırda iki ölkə arasında münaqişə davam edir.
Ləman

-
Qoroskop01:20
Günün ulduz falı: Romantik hisslər canlanır
-
Hadisə00:07
Gəncə-Moskva aviareysi təxirə salındı - RƏSMİ AÇIQLAMA/YENİLƏNDİ
-
İKT9 İyul 21:37
“X”də gözlənilməz istefa
-
İdman9 İyul 20:20
Ançelotti 1 il müddətinə azadlıqdan məhrum olundu
-
Ekologiya9 İyul 19:40
Əhaliyə hava ilə bağlı XƏBƏRDARLIQ
-
Nida Xəbər 9 İyul 19:30
Baş nazir qərar imzaladı
-
Rəsmi xronika9 İyul 18:10
Azərbaycan və BƏƏ prezidentlərinin görüşü oldu - Foto/Yeniləndi
-
İKT9 İyul 17:27
Süni intellekt Ərdoğanı təhqir etdi: Türkiyədə bloklandı