Tramp yaxın saatlarda kritik qərar verə bilər
Bizi izləyin

ABŞ

Tramp yaxın saatlarda kritik qərar verə bilər

İsrail və İran arasında hərbi münaqişənin kəskin mərhələsi beş gündür ki, davam edir və tərəflər raket zərbələri mübadiləsini davam etdirir.

Publika.az xəbər verir ki, Tehran bu gecə xüsusilə genişmiqyaslı hücumlar vəd edib və Təl-Əviv və Hayfa sakinlərini şəhərləri tərk etməyə çağırıb.

Buna cavab olaraq İsrail İran paytaxtında əsas hədəflərə zərbələr endirməyə hazır olduğunu bəyan edib.

ABŞ Prezidenti Donald Tramp isə İranın nüvə obyektlərinə hücumların mümkünlüyünü istisna etməyib və respublikadan “tam təslim olmağı” tələb edib.

ABŞ mətbuatı yazır ki, Tramp hazırda müharibəyə girib-girməyəcəyinə qərar verir. Onun tezliklə bəyanatla çıxış edəcəyi gözlənilir.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm