ABŞ
Trampın İrana qarşı hazırladığı hiyləgər tələ: ABŞ admiralı açıqladı

ABŞ prezidenti Donald Trampın İranla münaqişəyə girib-girməyəcəyinə qərar vermək üçün ona iki həftə vaxt lazım olacağı barədə bəyanatı Tehranın sayıqlığını boğmağa yönəlmiş “hiyləgər tələ” ola bilər.
Publika.az xəbər verir ki, bu barədə “The New York Times” (NYT) yazıb.
Nəşr ABŞ Hərbi Dəniz Qüvvələrinin təqaüdə çıxmış admiralı Ceyms Stavridisdən sitat gətirib: "Bu, dərhal zərbə endirmək qərarı üçün ört-basdır ola bilər. Bu, iranlıları yalançı təhlükəsizlik hissi ilə sakitləşdirmək üçün çox ağıllı bir hiylə ola bilər".
Eyni zamanda, nəşr qeyd edir ki, Ağ Ev rəhbərinin İranı aldatmaq niyyətində olmadığı ehtimalı var, lakin iki həftəlik müddət ABŞ-ın hərbi potensialını gücləndirəcək. Xüsusilə, deyilir ki, bu müddət ərzində Vaşinqton ikinci təyyarədaşıyan gəmisini regiona köçürə bilər və bununla da Amerika qoşunlarına “İranın qaçılmaz cavab zərbəsinə tab gətirmək üçün daha çox şans verə bilər”.
“Bu, həmçinin İsrailə Fordo nüvə obyekti və digər hədəflər ətrafındakı hava hücumundan müdafiə sistemlərini məhv etmək üçün daha çox vaxt verəcək , “Tramp İrana hücum etmək qərarına gələrsə, ABŞ qüvvələri üçün riskləri azaldacaq”, - nəşr yazıb.
Bundan əvvəl Ağ Evin mətbuat katibi Karolin Levit Trampın iki həftə ərzində İrana zərbələr endirilməsi ilə bağlı qərar verəcəyini bildirmişdi. Onun sözlərinə görə, dövlət başçısı dərhal qərar qəbul etməmək niyyətini “Tehranla yaxın gələcəkdə baş tuta biləcək danışıqların böyük ehtimalı var” deməklə izah edib.
Tural

-
Magazin122:00
Günayın yeni imici ilə göz qamaşdırdı - FOTO
-
Region21:50
İranda ölümcül infeksiya sürətlə yayılır
-
Dünya21:30
61 yaşlı kişi MRT-nin içinə sovuruldu
-
Rəsmi xronika20:20
İlham Əliyevin III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşü keçirildi - YENİLƏNDİ
-
Rəsmi xronika19:55
“Bizim ərazimizdə icarədar ola bilməz” - Prezident nidanı qoydu!
-
Rəsmi xronika19:45
Prezident süni intellektdən istifadə edir? - ÖZÜ DANIŞDI
-
Cənubi Qafqaz19:00
Paşinyan Pezeşkianı Ermənistana dəvət etdi, Azərbaycanla...
-
Nida Xəbər 18:12
“Heydər Əliyev bu günü görsəydi, oğluna nə deyərdi?” sualına Prezidentdən CAVAB