Xameneinin taleyi bu dövlətin qərarından asılıdır - Vensdən KRİTİK AÇIQLAMA
Bizi izləyin

ABŞ

Xameneinin taleyi bu dövlətin qərarından asılıdır - Vensdən KRİTİK AÇIQLAMA

"İran İslam Respublikasının Ali Rəhbəri Ayətullah Seyid Əli Xameneinin taleyi İsrailin qərarından asılıdır".

Publika.az xəbər verir ki, bunu ABŞ-ın vitse-prezidenti J.D.Vens deyib.

O iddia edib ki, Vaşinqton özü də İranın hakim rejimində dəyişiklik etməyə çalışmır.

İyunun 17-də ABŞ Prezidenti Donald Tramp bildirib ki, ABŞ hazırda Xameneini məhv etməyi planlaşdırmır. Bununla belə, o, asan hədəf olduğunu və ABŞ-da onun harada olması barədə məlumatın olduğunu bildirib.

Məlum olub ki, Əli Xamenei ona nəsə baş verəcəyi təqdirdə artıq üç varis seçib.

Adının çəkilməsini istəməyən İran rəsmisi "Reuters" agentliyinə deyib ki, Ayətullah Seyid Əli Xameneiyə sui-qəsd bütün qırmızı xətlərin keçilməsinə və məhdud cavaba səbəb olacaq.

İyunun 22-nə keçən gecə Amerika lideri Donald Tramp ABŞ Hərbi Hava Qüvvələrinin İranın üç nüvə obyektinə hücum etdiyini açıqlayıb. Əsas hədəf uranın zənginləşdirilməsi zavodu olan Fordo olub. Tramp deyib ki, İranın əsas uranın zənginləşdirilməsi obyektləri tamamilə məhv edilib.

Eyni zamanda İran Fordunun yalnız qismən zədələndiyini iddia edir.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm