ABŞ
Rubio İranı görünməmiş silahlarla HƏDƏLƏDİ - “Dünyanın o biri tərəfindən...”

"ABŞ-ın İranın hava məkanına sərbəst keçidi var".
Publika.az xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio “Fox News” telekanalına müsahibəsində deyib.
Diplomat İslam Respublikasının Amerikanın hücumuna mümkün hərbi cavabını şərh edərkən deyib:
"İstədiyimiz vaxt İranın hava məkanına girib-çıxa bilirik. Dünən gecə dünyanın o biri tərəfindən təyyarələr uçdu, vurdu və iranlılar nə baş verdiyini bilmədən getdilər".
Rubio həmçinin qeyd edib ki, Birləşmiş Ştatların sərəncamında əvvəllər görünməmiş silahlar var.
Xatırladaq ki, iyunun 22-nə keçən gecə ABŞ İranın Natanz, İsfahan və Fordodakı nüvə infrastrukturuna zərbələr endirib. ABŞ Prezidenti Donald Tramp bildirib ki, Tehran danışıqlara getməsə, ölkədə hələ də bir çox hədəflər var.
Eyni zamanda İran iddia edir ki, ABŞ-ın zərbələri nüvə obyektlərinə o qədər də böyük ziyan vurmayıb, bütün vacib material və avadanlıqlar əvvəlcədən çıxarılıb.
Hüseyn İbadlı

-
MDB21:00
Azərbaycan diasporunun lideri Rusiyada SAXLANILDI
-
Hadisə20:40
Cəlilabadda baş verən yanğın məhdudlaşdırıldı - YENİLƏNDİ
-
Dünya19:48
Uzun çənəsi ilə dünyanı "fəth etdi" - FOTO
-
İdman19:00
Qvardiolanın komandasına yeni məşqçi qoşuldu - Görün kimdir
-
Magazin118:36
Emin Türkiyəni helikopterlə izlədi - VİDEO
-
Region17:55
Erməni konyakı Rusiya bazarlarından yığışdırılır: Tərkibində görün nə çıxıb
-
MDB16:42
Moskva su altında qaldı - FOTO/VİDEO
-
İdman15:50
"Siti"nin ulduzunun cazibədar həyat yoldaşı - FOTOLAR