Trampdan İran üçün YENİ DƏYİŞİKLİK ŞÜARI - MIGA nəyi hədəfləyir?
Bizi izləyin

ABŞ

Trampdan İran üçün YENİ DƏYİŞİKLİK ŞÜARI - MIGA nəyi hədəfləyir?

ABŞ Prezidenti Donald Tramp İranda hakimiyyət dəyişikliyi ehtimalını etiraf edib.

Publika.az xəbər verir ki, bu barədə Amerika lideri "Truth Social" sosial şəbəkəsində bildirib.

““Rejim dəyişikliyi” ifadəsini işlətmək siyasi baxımdan düzgün deyil, amma indiki İran rejimi İranı yenidən böyük etmək iqtidarında deyilsə, niyə rejim dəyişikliyi olmasın? MIGA” - Ağ Ev rəhbəri yazıb.

Xatırladaq ki, o, bu ifadə ilə 2016-cı il seçki kampaniyasında əsas şüarı olan MAGA-ya (Make America Great Again – “Amerikanı yenidən qüdrətli edək”) istinad edib. Bu şüar sonradan ABŞ-ın siyasi leksikonuna möhkəm şəkildə daxil olub. MIGA isə “Make Iran Great Again” – “İranı yenidən qüdrətli edək” deməkdir.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm