ABŞ
İlon Mask siyasi partiya yaratdığını ELAN ETDİ

Amerikalı milyarder, "SpaceX" və "Tesla" şirkətlərinin rəhbəri, ABŞ Hökumətinin Səmərəliliyi Departamentinə eks-rəhbəri İlon Mask siyasi partiya yaratdığını elan edib. İngilis dilində onun adı "The America Party" kimi səslənir.
Publika.az xəbər verir ki, bu barədə sahibkar “X” sosial şəbəkəsindəki hesabında yazıb.
Mask ABŞ-ın təkpartiyalı sistemə malik olduğunu vurğulayıb.
"Siz yeni siyasi partiya istəyirsiniz, onu da alacaqsınız! Ölkəmizi israfçılıq və rüşvətxorluqla müflis etmək məsələsinə gəlincə, biz demokratiya deyil, təkpartiyalı sistemdə yaşayırıq. Amerika Partiyası bu gün azadlığınızı geri qaytarmaq üçün yaradılıb", - o yazıb.
Bundan əvvəl Mask öz səhifəsində səsvermə keçirərək, oxuculara “Amerika” partiyası yaratmalıyıqmı?” sualını verib. Sorğuda 1,2 milyondan çox istifadəçi iştirak edib, onların 65,4 faizi yeni partiyanın yaradılmasına səs verib.
Hüseyn İbadlı

-
MDB22:24
Putin onu vəzifələrindən azad etdi
-
Hadisə20:50
Gəncədən Moskavaya uçmalı olan aviareys təxirə salındı - Nə baş verib?
-
İdman20:20
Ançelotti 1 il müddətinə azadlıqdan məhrum olundu
-
Ekologiya19:40
Əhaliyə hava ilə bağlı XƏBƏRDARLIQ
-
Nida Xəbər 19:30
Baş nazir qərar imzaladı
-
Rəsmi xronika18:10
Azərbaycan və BƏƏ prezidentlərinin görüşü oldu - Yeniləndi
-
İKT17:27
Süni intellekt Ərdoğanı təhqir etdi: Türkiyədə bloklandı
-
Nida Xəbər 16:08
Əliyevlə Paşinyanın Əbu-Dabi görüşü: Sülh sazişi imzalanacaq?