ABŞ-da fəlakət: ölənlərin sayı 50-yə çatdı - YENİLƏNDİ
Bizi izləyin

ABŞ

ABŞ-da fəlakət: ölənlərin sayı 50-yə çatdı - YENİLƏNDİ

ABŞ-ın Texas ştatında güclü daşqınlar nəticəsində ölənlərin sayı ən azı 50 nəfərə çatıb.

Publika.az xəbər verir ki, bu barədə CNN yerli hakimiyyət orqanlarının rəsmi məlumatlarına istinadla məlumat yayıb.

Son məlumata görə, əsas itkilər üç əyalətdə cəmlənib: 43 nəfər Kerr dairəsində, dörd nəfər Travis dairəsində, üç nəfər isə Burnet dairəsində ölüb.

ABŞ Daxili Təhlükəsizlik Naziri Kristi Noem zərər çəkmiş bölgələrə gəlib. ABŞ Milli Meteoroloji Xidməti davam edən təbii fəlakətlə əlaqədar Kerr qraflığının bir neçə şəhərində fövqəladə vəziyyət elan edib.

Telekanalın məlumatına görə, bölgənin 500 mindən çox sakini üçün daşqın təhlükəsi qalmaqdadır. Texas qubernatoru Qreq Abbott bildirib ki, əyalət hakimiyyət orqanları Milli Qvardiya bölmələri də daxil olmaqla təbbi fəlakətlə mübarizə üçün bütün mövcud resurslardan istifadə edir.

xxx

03:43

ABŞ-ın Texas ştatının Kerr dairəsində daşqınlar nəticəsində ölənlərin sayı 43 nəfərə çatıb.

Publika.az xəbər verir ki, bu barədə yerli şerif Larri Leita mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, ölənlər arasında azı 15 uşaq var, onlardan beşinin şəxsiyyəti məlum deyil.

Axtarış-xilasetmə işləri davam edir.

xxx

03:21

ABŞ-ın Texas ştatında aramsız yağışlar və Qvadalupe çayının səbəb olduğu daşqınlar nəticəsində azı 32 nəfər ölüb.

Publika.az “NBC News”a istinadla xəbər verir ki, bu barədə Kerr dairəsinin şerifi Larri Leyta mətbuat konfransında bildirib.

"İndi bizə 32 nəfərin ölümü məlumdur. Onlardan 18-i böyüklər, 14-ü uşaqdır", - Leyta bildirib.

Şerif axtarış-xilasetmə əməliyyatlarının davam etdiyi üçün ölənlərin sayının arta biləcəyi barədə xəbərdarlıq edib.

Bundan əvvəl təbii fəlakət nəticəsində 27 nəfərin öldüyü bildirilirdi.

Texasın qubernatoru Qreq Ebbott da öz növbəsində son 36 saat ərzində 850-dən çox insanın təxliyə edildiyini bildirib. O, bundan əvvəl ABŞ Prezidenti Donald Trampdan ştatda fəlakət vəziyyəti elan olunmasını xahiş edib. Mətbuat konfransında iştirak edən ABŞ-nin daxili təhlükəsizlik naziri Kristi Noem Trampın Ebbottun istəyini təmin etmək niyyətində olduğunu açıqlayıb.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm