ABŞ
ABŞ gəmiləri İranın razılığı olmadan Hörmüz boğazından keçdi - ŞOK İDDİA
Pentaqonun rəhbəri Pit Heqset ABŞ-ın iki hərbi gəmisinin Hörmüz boğazından keçdiyini iddia edir.
Publika.az xəbər verir ki, Heqset bu barədə "X" sosial şəbəkəsində hesabında yazıb.
Onun sözlərinə görə, gəmilər Fars körfəzində "daha geniş missiya" çərçivəsində fəaliyyət göstəriblər. Məqsəd boğazı əvvəllər SEPAH tərəfindən yerləşdirilmiş dəniz minalarından tamamilə təmizləməkdir.
Eyni zamanda, "Axios" portalı ABŞ və İran nümayəndə heyətlərinin İslamabaddakı danışıqları fonunda Amerika hərbi donanmasına aid bir neçə gəminin Tehranla koordinasiya yaratmadan Hörmüz boğazını keçdiyini yazıb.
Bununla belə, İranın dövlət teleradio şirkəti ölkənin ali komandanlığındakı mənbəyə istinadla ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus gəmilərin Hörmüz boğazını keçməsi barədə məlumatı təkzib edib.
ABŞ lideri Donald Tramp daha əvvəl bildirmişdi ki, Birləşmiş Ştatlar indiyədək buna "cəsarət etməyən" ölkələrə xidmət olaraq Hörmüz boğazını İran minalarından təmizləməyə başlayacaq.
Hüseyn İbadlı
-
Magazin206:16“Yalı çapkını”nın aktrisası Bakıda toyda - FOTO
-
Sağlamlıq04:14Zefirin elə faydaları üzə çıxdı ki...
-
Maraq dünyası03:43Üzünüzə gülən hər kəs dost deyil - Gizli düşmənçiliyi büruzə verən 7 davranış
-
İdman00:25“Qarabağ” - “Neftçi” oyunu zamanı insidentə cəhd edən 19 azarkeş saxlanıldı
-
Qoroskop00:15Günün ULDUZ FALI: Sevdiyiniz insan evə sürprizlə gələ bilər
-
İdman17 Oktyabr 23:48Azərbaycan Dünya Çempionatına hazırlaşır - VİDEO
-
Art17 Oktyabr 23:36“Artıq müharibəyə aid dünyaya çıxaracağımız film var!” - VİDEO
-
Ekologiya17 Oktyabr 22:48Bu şəhərdə 103 illik temperatur rekordu qırıldı


































