ABŞ
Vaşinqtonda İrana qarşı müharibəyə etiraz: 60-dan çox veteran saxlanıldı
ABŞ-ın paytaxtı Vaşinqtonda İrana qarşı müharibəyə etiraz edən aksiyada ən azı 62 nəfər saxlanılıb.
Publika.az xəbər verir ki, bu barədə "The Hill" nəşri məlumat yayıb.
Məlumata görə, etirazçılar "Cannon House" ofis binasını zəbt ediblər. Aksiya bir neçə veteran və müharibə əleyhinə təşkilat tərəfindən təşkil olunub.
Etirazçılar ABŞ-ın İrana endirdiyi zərbələr nəticəsində həlak olanların xatirəsinə qırmızı lalələr qaldırıb, “İranla müharibəni dayandırın” şüarları yazılmış bannerlər açıblar. Bundan əlavə, onlar həlak olan amerikalı hərbçilərin xatirəsini simvolizə edən bayraq qatlama mərasimi keçirib və polis müdaxilə edənədək müharibə əleyhinə şüarlar səsləndiriblər.
Təşkilatçıların bildirdiyinə görə, aksiya iştirakçıları Nümayəndələr Palatasının spikeri Mayk Conson ilə görüş tələb edib, fevralın 28-də başlayan müharibənin maliyyələşdirilməsinin dayandırılmasına çağırıblar.
Saxlanılanlar arasında Vicdan və Müharibə Mərkəzi təşkilatının icraçı direktoru, İraq müharibəsi veteranı Mayk Prisner də var. O, münaqişəni “dərin şəkildə qeyri-populyar” adlandıraraq bildirib ki, hərbi qulluqçuların vicdani əsaslarla xidmətdən imtina etmək hüququ var.
Aksiya ABŞ, İsrail və İran arasında iki həftəlik atəşkəsin başa çatmasına az qalmış baş verib. ABŞ prezidenti Donald Tramp atəşkəsin uzadılması ehtimalını istisna edib və Tehranın nüvə proqramını dayandırmasının vacibliyini bir daha vurğulayıb. O, həmçinin belə bir razılaşmadan imtina olunacağı təqdirdə mümkün nəticələr barədə xəbərdarlıq edib.
ABŞ və İran arasında növbəti danışıqların çərşənbə günü İslamabad şəhərində keçirilməsi planlaşdırılır.
Müəllif: Adəm
-
Magazin214:36Emin Ağalarovun həyat yoldaşı 23 milyonluq “zireh” geyindi - FOTO
-
Rəsmi xronika12:48Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyin təmin olunmasını əsas prioritetlərdən hesab edir - İlham Əliyev
-
Dünya12:34Türkiyənin Söke qərarına Yunanıstandan cavab: Böyük Dərbəndə ordu yeridildi
-
MDB11:50Kopırkin bacarmadı – Rusiya Ermənistana göndərməyə səfir axtarır
-
Dünya11:04Türkiyədə məktəbə silahlı hücum: 1 şagird ölüb, 8 nəfər yaralanıb - YENİLƏNDİ
-
MDB09:42Ukraynanın bu şəhərlərə kütləvi hücumu: Rusiya Müdafiə Nazirliyi bəyanat yaydı
-
Hadisə07:55Maştağada partlayış: 2 nəfər yaralandı - Video
-
Sosial03:43Bakıda 52 qəzalı bina söküləcək - Kompensasiya məbləği açıqlandı























.jpg)












